Srebrenitsa soyqırımının daha 30 qurbanı bu gün dəfn olunacaq - ÖZƏL

1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqində Srebrenitsada törədilən soyqırım zamanı öldürülən və şəxsiyyəti müəyyən edilən daha 30 soyqırım qurbanı bu gün keçiriləcək dəfn mərasimindən sonra dəfn ediləcək. İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük insan faciəsi kimi səciyyələndirilən soyqırımda öldürülən və şəxsiyyəti müəyyənləşdirilən 30 qurban üçün günorta saatlarında cənazə namazı qılınacaq. Cənazə namazından əvvəl Srebrenitsa Memorial Mərkəzində soyqırımının 28-ci ildönümü ilə bağlı anım proqramı təşkil olunacaq. Soyqırımın 28-ci ildönümündə dəfn olunacaq 30 soyqırım qurbanından ən gənci Elvir Salçinoviç öldürüləndə 15 yaşında olub. Ən yaşlı qurbanı isə 65 yaşında öldürülən Nezir Muminoviçdir.  

Taliban hökuməti İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırıb- ÖZƏL

11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında Serb qoşunları tərəfindən Srebrenitsanın işğalından sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilində holland əsgərlərinə sığınan mülki bosniyalılar daha sonra serblərə təhvil verilib. Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan əraziyə getməsinə icazə verən serblər meşəlik ərazilərdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetiriblər. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31