Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 5-ə çatıb- ÖZƏL
11 İyul 2023 11:01 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın cənub-qərb əyalətlərində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib, 3 nəfər bütün bölgədə axtarılır. Yaponiya Meteorologiya Agentliyi həftə sonundan bəri ölkənin cənub-qərb əyalətlərində yerli leysanların rekord həddə çatması ilə əlaqədar xəbərdarlıqlarını davam etdirir. Fukuoka və Saqa əyalətləri də daxil olmaqla, bölgədə yağışlar səbəbindən həyatını itirənlərin sayı 5-ə yüksəlib. 3 nəfərin axtarışları davam edir. JMA-nın xəbərdarlığı nəticəsində yerli bələdiyyələr on minlərlə insanın təxliyəsini tələb ediblər. Baş nazir Kişida Fumio təbii fəlakətlərin idarə olunması naziri Yani Koiçi ilə görüşüb. Torpaq sürüşməsi və daşqınlara qarşı xəbərdarlıqlarını davam etdirən Agentlik həftə ərzində yağıntıların Yapon dənizi (Şərq dənizi) bölgəsinə doğru istiqamətlənəcəyini açıqlayıb. Şərqi Asiya ölkəsi Yaponiyada "gavalı yağışları" kimi tanınan "suyu" yağış mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.