"Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”
10 İyul 2023 23:38 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
"Mən elan etməyə şadam ki, Prezident Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır", - Yens Stoltenberq qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31