İzmirdə AK Partiya məclis üzvünə silahlı hücum edilib

Türkiyənin İzmir şəhərində AK Partiya Çiğli Bələdiyyə Məclisinin üzvü Nedim Aslana iş yerində silahlı hücum edilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Nedim Aslan ayağından yaralanıb.

Aslan tez bir zamanda təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Məlumat üçün qeyd edək ki, Nedim Aslanın səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31