Zaporojyedə SON VƏZİYYƏT

Mən bu gün Zaporojyedə düşmənin geri çəkilmək niyyətini görmürəm. Zaporojye cəbhə xəttində əks tendensiyanın şahidi oluruq.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov bildirib.

"Özümü və başqalarını çaşdırmamaq üçün bu gün düşmənin geri çəkildiyini söyləməyə qətiyyən hazır deyiləm. İndi qəhrəman hərbçilərimiz üçün hər kvadrat santimetr üçün döyüşmək son dərəcə çətindir. İstiqamətlərdən danışmayaq - biz başa düşürük ki, Melitopol və Berdyansk prioritetdir", - mer qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31