İzmirdə bağ evləri boşaldılıb - YANĞIN

İzmirin Əliağa rayonunda meşə yanğını baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bağ evlərində qalan vətəndaşlar dəniz yolu ilə evakuasiya olunub. Yanğına havadan və qurudan müdaxilə edilib.

Günorta saatlarında baş verən yanğını söndürmək üçün əraziyə 6 helikopter, 4 təyyarə, 18 su çiləyici və 5 tikinti texnikası cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31