Norveç öz kontingentini bu tarixə qədər Litvada SAXLAYACAQ

Norveç hakimiyyəti öz kontingentinin Litvada NATO missiyasında iştirakını 2024-cü ilə qədər uzadacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında bildirilib.

Qeyd edək ki, NATO-nun Litvadakı qüvvələrinin bir hissəsi olan Norveç kontingenti 150 nəfərə qədər olan bir missiyadır. O, 2017-ci ildən Litva ərazisində yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31