Ərdoğanla Baydenin görüşünün VAXTI AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Bayden arasındfa keçiriləcək görüşün vaxtı məlum olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Ərdoğanla Bayden iyulun 11-də bir araya gələcək. Liderlər arasındakı bu görüş NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə edəcəkləri istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31