İranda hava temperaturu elektrik şəbəkələrini təhdid edir- ÖZƏL
10 İyul 2023 16:10 DünyaOlaylar.az xəbər verir ki, İranın Energetika Nazirliyinə bağlı İstilik Enerjisi İstehsalı Şirkətinin vitse-prezidenti Nasir İskəndəri bildirib ki, temperaturun artması ilə ölkə daxilində elektrik enerjisi istehlakının artması elektrik stansiyaları və ötürücü xətləri təhlükə qarşısında qoyur. İran dövlət televiziyasına danışan İskəndəri ölkədə son günlər elektrik istehlakı ilə bağlı məlumat verib. İsgəndəri, "Hava istiliyinin artması ilə ölkə daxilində istifadə edilən elektrik enerjisinin miqdarı artaraq 72 min meqavata çatdı. Bu vəziyyət elektrik stansiyalarını və nəql xətlərini təhlükə qarşısında qoyur" deyib. İndiyədək elektrik şəbəkəsində heç bir problem olmadığını dilə gətirən İskəndəri vətəndaşlardan elektrik istehlakını azaltmağı tələb edib. Son 11 ilin ən isti günlərinin yaşandığı İranda ötən illə müqayisədə 6 min meqavat çox elektrik enerjisi istehlak edildiyi bildirilir. Elektrik istehlakının dünya ortalamasından yüksək olduğu İranda ötən ilin yay aylarında elektrik enerjisinin tez-tez kəsilməsi sənayeçilərin və ictimaiyyətin reaksiyasına səbəb olub.