Stoltenberq Ukraynanın NATO-ya daxil olması perspektivlərini dəyərləndirib- ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq bildirib ki, Ukrayna 15 il əvvəllə müqayisədə alyansa üzv olmağa daha yaxındır. NATO-nun baş katibi Yens Stoltenberq iddia edir ki, hazırkı vəziyyətdə Ukrayna 2008-ci ilə nisbətən NATO-ya üzv olmağa daha yaxındır. Stoltenberq əlavə edib ki, o, Ukraynanın nə vaxtsa alyansa üzv olacağına inanır, lakin NATO-nun üzvü olan ölkələr özləri üçün düzgün vaxtı müəyyən etməli olacaqlar. "Mən tam əminəm ki, biz müttəfiqləri birləşdirəcək hansısa həll yoluna gələcəyik...", - deyə təşkilatın baş katibi yekunlaşdırıb. Stoltenberq Ukraynanın NATO-ya daxil olmasının təxmini tarixlərini açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31