Türkiyə Rusiya, Çin və Cənubi Koreya ilə daha iki AES-in tikintisini müzakirə edir — ÖZƏL

"Türkiyə Rusiya, Çin və Cənubi Koreya ilə danışıqlar apardığı daha iki böyük Atom Elektrik Stansiyasının (AES) tikintisini planlaşdırır".

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib. "Sinopda və Trakya bölgəsində daha bir AES-in tikintisi ilə bağlı Rusiya, Çin və Cənubi Koreya ilə danışıqları davam etdiririk. Tikintiyə parlamentin təsdiqinə təqdim olunacaq hökumətlərarası sazişlər əsasında və icazələr alındıqdan sonra başlanacaq. Biz əvvəllər enerji diplomatiyası ilə fəal məşğul olmuşuq və bunu davam etdirəcəyik" - deyə o,bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31