Elektrik avtomobillərində inqilabi dəyişiklik ediləcək- ÖZƏL
10 İyul 2023 14:37 DünyaOlaylar.az xəbər verir ki, Toyota elektrik avtomobillərində inqilabi dəyişiklik elan edib. Yapon istehsalçısı, elektrikli avtomobillərdə istifadə edilən akkumulyatorların çəkisini, ölçüsünü və qiymətini yarıya endirməyə imkan verəcək texnoloji bir irəliləyiş əldə etdiyini və yeni texnologiya akkumulyatorları ilə avtomobillərin sürətli şarj ilə 1200 km məsafə qət edə biləcəyini açıqladı.
Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı olan Toyota, 2025-ci ilə qədər maye əsaslı akkumulyatorlara nisbətən üstünlüklər təklif edən təkmil bərk cisim akkumulyatorlu avtomobillər buraxmaq planını açıqladı. Litium-ion batareyalardan çox daha yüngül və təhlükəsiz olduğu ifadə edilən bu akkumulyator texnologiyasını elektrikli avtomobillərə inteqrasiya etmək üçün çalışan yapon istehsalçısı kəşfi, şarjı əhəmiyyətli dərəcədə azaldaraq sürüş məsafəsini artıra biləcək əhəmiyyətli bir sıçrayış olaraq xarakterizə edib. Yapon avtomobil şirkətinin karbon şöbəsinin rəhbəri Keiji Kaita, "Həm maye, həm də bərk akkumulyatorlarımız üçün mövcud akkumulyatorların çox böyük, ağır və bahalı olduğu vəziyyəti kəskin şəkildə dəyişməyi, potensial olaraq bütün bu amilləri yarıya endirməyi hədəfləyirik" deyib.
Kaita vurğuladı ki, şirkət akkumulyatorları daha davamlı hala gətirmək yollarını inkişaf etdirir və indi 1200 km məsafəyə malik, 10 dəqiqə və ya daha az müddətdə şarj edə bilən bərk hallı batareya hazırlaya biləcəyinə inanır. Toyota-nın məqsədi 2027-ci ilə qədər litium-ion akkumulyatorlardan bərk hallı batareyalara keçməkdir.