Britaniyadan SEPAH-la bağlı QƏRAR
6 İyul 2023 17:50 DünyaBritaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiber Komandanlığına, İranın Kibertəhlükəsizlik və Mədəni İnqilab üzrə Ali Şuralarına, onların rəhbərliyinə, eləcə də bir sıra İran həbsxanalarının rəhbərlərinə sanksiya tətbiq edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan sanksiyalar siyahısı cümə axşamı günü 13 yeni qərar ilə tamamlanıb.
Məhdudlaşdırıcı tədbirlərin əsaslandırılmasında deyilir ki, siyahıda olan təşkilatlar "İranda ciddi insan haqları pozuntularında iştirak edir və ya digər şeylərlə yanaşı, söz, ifadə və dinc toplaşma azadlığının pozulmasına və ya pozulmasına çağırışlara görə məsuliyyət daşıyır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31