Erməni hakim Türkiyə himninə hörmətsizlik etdi - Cəzası ağır oldu (VİDEO)
6 İyul 2023 16:36 DünyaMoldovada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında erməni hakim Türkiyə himninə hörmətsizlik edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimində Türkiyəli atletin şərəfinə dövlət himni səsləndirilən zaman erməni hakim Nazik Avdalyan idman yarışlarının beynəlxalq protokoluna hörmətsizlik edərək gəzib, çömələrək oturub və nümayişkaranə şəkildə telefonla danışıb.
Turnirin intizam komitəsi erməni hakimi hörmətsiz davranışına görə cəzalandıraraq əsas hakimlikdən çıxarıb ehtiyat hakimliyə keçirib.
Qeyd edək ki, bu erməni hakimin ilk belə hərəkəti olmayıb. O bundan əvvəl də Türkiyə himninə hörmətsizlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31