İngiltərə və BionTech yeni xərçəng peyvəndi sınaqları üçün müqavilə imzalayır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Britaniya hökuməti ilə Almaniyanın BioNTech biotexnologiya şirkəti arasında yeni xərçəng peyvəndi sınaqları üçün müqavilə imzalanıb.
Baş nazirin 10 nömrəli ofisindən verilən açıqlamada, İngiltərə hökuməti ilə BioNTech arasında 2030-cu ilə qədər 10 min xəstə üzərində yeni xərçəng peyvəndi sınamaq üçün müqavilə imzaladığı bildirilib.Açıqlamada, yanvar ayında imzalanan anlaşma memorandumuna əsaslanan bu tərəfdaşlığın xərçəng xəstələrinin ən son xərçəng sınaqlarına və inkişaf etdirilən müalicələrə daha asan çıxışını təmin edəcəyinə diqqət çəkilib.

Açıqlamada, "Hökumət, daha çox xəstənin fərdiləşdirilmiş xərçəng müalicələrindən faydalana bilməsini təmin etmək üçün Almaniyada yerləşən BioNTech şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb. Məqsəd 2030-cu ilə qədər 10 000-ə qədər xəstənin fərdi müalicələrə çıxışını təmin etməkdir" deyilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31