FSB enerji infrastrukturu obyektini partlatmağa cəhd edən Tümen sakinini zərərsizləşdirib- ÖZƏL

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukrayna hərbiləşdirilmiş qüvvələrinin göstərişi ilə enerji infrastrukturu obyektində terror aktı törətməyə cəhd edən Tümen sakinini zərərsizləşdiriblər".

Olaylar.az xəbər verir ki, bu barədə məlumat FSB-nin İctimai Əlaqələr Mərkəzi və Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən verilib.

"Tümen vilayətində Ukrayna hərbiləşdirilmiş qüvvələrinin üzvlərinin göstərişi ilə bölgədə terror xarakterli cinayət törətmək planı hazırlayan Rusiya vətəndaşları olan millətçi ideologiyanın tərəfdarlarının qanunsuz fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görülüb. Planlaşdırılan terror aktı yerində tutularkən təcavüzkarlardan biri silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib", - FSB bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31