Qayıq fəlakətinin qarşısı alına bilərdi, Yunan səlahiyyətliləri buna nail ola bilmədi- ÖZƏL

"Yunanıstanın Peloponnes yarımadası yaxınlığındakı miqrant fəlakətinin qarşısını almaq olardı".

Bu qiymətləndirmə, Amerikanın Washington Post qəzetinin 600 adamı batırdğı düşünülən qayıq faciəsi ilə bağlı dərc etdiyi təhlildə yer alıb. Təhlildə Yunanıstan rəsmilərinin əllərindən gələni etdiklərinə dair iddialarının həqiqəti əks etdirmədiyi bildirilib.
"Qayıq fəlakətinin qarşısı alına bilərdi, Yunanıstan səlahiyyətliləri bunu bacarmadı".
İyunun 14-də Yunanıstanın Peloponnes yarımadasında miqrant qayığında baş verən fəlakət dünya gündəmində qalmaqda davam edir.

Hər gün yeni iddiaların səsləndiyi fəlakətlə bağlı yekun qiymət Amerikanın "Vaşinqton Post" qəzetinin təhlilində verilib. Yunanıstan rəsmilərinin səhlənkarlıq ittihamı ilə üzləşdiyi fəlakətin təhlilində "faciənin qarşısını almaq olardı" şərhi verilib.

Qayıqla bağlı Yunanıstan Sahil Mühafizəsinə təcili mesajlar göndərildiyi bildirilən xəbər-təhlildə, Afinanın qayığın vəziyyətinə məhəl qoymadığı bildirilib, qayığın mühərrikinin xarab olduğu iddiası xatırladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31