PKK terror təşkilatı üzvü ilk dəfə Türkiyəyə ekstradisiya EDİLƏCƏK

İsveç PKK terror təşkilatı üzvünü ilk dəfə Türkiyəyə ekstradisiya edəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, İsveçdə terror təşkilatı PKK üçün xərac toplamaq ittihamı ilə mühakimə olunan 40 yaşlı şəxs 4,5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkdikdən sonra Türkiyəyə təhvil veriləcək.

Bu terrorist "terrorizmi maliyyələşdirmə", "hədə-qorxu ilə tələb etməyə cəhd" və "silahlı hücum" ittihamları ilə 4,5 il həbs cəzasına məhkum ediləcək. Belə ki, İsveçdə ilk dəfə terror təşkilatı PKK adına xərac toplayan şəxsə həbs cəzası verilib.

Qeyd edək ki, sözügedən məhkum terror təşkilatı PKK-nın ölkədəki önəmli simalarından biridir.

Xatırladaq ki, Türkiyə, İsveçdən tələb etdiyi PKK və FETÖ terror təşkilatlarının üzvlərini ekstradisiya etmədiyi təqdirdə, İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcəyini açıq şəkildə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31