Ərdoğanın bölgələrə “təşəkkür səfəri” BAŞLAYIR
6 İyul 2023 13:37 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ölkənin bölgələrinə səfəri başlayır, ilk gediləcək yer isə ölkənin şimal-şərqindəki əyalətlər olacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
"Prezident Rəcəb Tayyib Ərdoğan seçkidən sonra bölgələrə "təşəkkür səfərləri"nə start verir. Şənbə günü Ərdoğan ilk dəfə olaraq 14 və 28 may seçkisində rekord səs topladığı Bayburt və Gümüşxanəyə səfər edəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, Ərdoğanın Bayburtda bir sıra ictimai binaların açılışında iştirak edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31