İğtişaşlar zamanı Fransaya nə qədər ziyan dəyib?
5 İyul 2023 23:38 DünyaFransada kütləvi etirazlar zamanı ümumilikdə 23 878 yanğın törədilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Cerald Darmanin Senatda çıxışı zamanı deyib.
"İctimai yerlərdə və o cümlədən zibil qablarında 23 878 yanğın törədilib, 12 031 avtomobil yandırılıb.
İğtişaşlar zamanı 2508 bina zədələnib, onlardan 273-ü hüquq-mühafizə orqanlarına məxsusdur.
500 bələdiyyə binası yandırılıb və ya zədələnib, 168 məktəbə müxtəlif hücumlar edilib, eyni dövrdə Daxili İşlər Nazirliyi yerli hakimiyyət nümayəndələrinə qarşı 17 hücum faktını qeydə alıb", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31