Kiyev məhkəməsinin binasında PARTLAYIŞ

Ukraynanın paytaxtı Kiyevdə Şevçenkovski məhkəməsinin binasında partlayış olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb", - nazir bildirib.

Qeyd edək ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31