“Qarşıdakı günlər və həftələr üçün diqqətli olmalıyıq"
4 İyul 2023 17:55 DünyaÖlkədə iğtişaşlar pik həddi keçib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron kommunaların merləri ilə görüşündə deyib.
"Qarşıdakı günlər və həftələr üçün diqqətli olmalıyıq, amma gördüyünüz kimi, iğtişaşların pik həddi keçib", - o bildirib.
241 kommunanın liderlərinin qatıldığı görüşdə Makron vurğulayıb ki, indi mütləq prioritet uzunmüddətli asayişi təmin etməkdir.
Qeyd edək ki, 27 iyunda 17 yaşlı yeniyetmənin polislər tərəfindən qətlə yetirilməsindən sonra Fransada iştişaşlar başlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31