Borrellin səfərini TƏXİRƏ SALDI
4 İyul 2023 17:30 DünyaÇin hakimiyyəti AB-nin baş diplomatı Jozep Borrellin gələn həftə planlaşdırılan səfərini təxirə salıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin xarici siyasət üzrə sözçüsü Nəbilə Massralı deyib.
"Təəssüf ki, çinli həmkarlarımız bizə bildirdilər ki, planlaşdırılan tarixlərdə səfər artıq mümkün deyil. İndi biz alternativlər tapmalıyıq", - o bildirib.
O, səfərin hansı müddətə təxirə salındığı barədə açıqlama verməyib.
Qeyd edək ki, Borrellin Çinə səfəri 10 iyula nəzərdə tutulurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31