Avroliqa Rusiya basketbol klublarının fəaliyyətini dayandırıb- ÖZƏL

Avroliqa Rusiya basketbol klublarının 2023/24 mövsümü üçün dayandırılmasının uzadılmasını təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Avroliqanın İdarə Heyəti Rusiya basketbol klublarının 2023/24 mövsümü üçün yarışlarda iştirakının dayandırılması müddətini uzadıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb .

Bu barədə qərar səhmdarların iyulun 4-də keçirilən iclasında qəbul edilib. Avroliqanın prezidenti vəzifəsinə Deyan Bodiroqanın namizədliyi də təsdiqlənib.

2022-ci il fevralın sonunda Avroliqa Şurası Rusiya klublarının Avropa turnirlərində iştirakını dayandırmaq barədə qərar qəbul edib. Buna Ukraynada baş verən hadisələr səbəb olub. Daha sonra Rusiya klubları turnirlərdən kənarlaşdırılıb və nəticələri ləğv edilib.

Daha sonra Avroliqanın idarə heyəti 2022/23 mövsümü üçün heyəti formalaşdırdı, onun tərkibinə turnirdə oynamaq üçün uzunmüddətli lisenziyası olan CSKA da daxil olmaqla bir dənə də Rusiya komandası daxil edilməyib.

Ötən mövsüm UNICS Kazan klubu tarixdə ilk dəfə VTB Birləşmiş Liqasının qalibi olub.

Bundan əvvəl Rusiya həndbol üzrə Avropa çempionatından məhrum edilmşdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31