Rəisi beynəlxalq ictimaiyyəti dollardan imtina etməyə çağırıb- ÖZƏL
4 İyul 2023 16:37 DünyaOlaylar.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi ABŞ dollarından beynəlxalq valyuta kimi imtina etməyə çağırıb. O, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yeni Dehlidə keçirilən sammitində deyib. Rəisi Qərbin hegemonluğunun ABŞ valyutasının üstünlüyünə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, yeni iqtisadi düzən yaratmaq üçün dünya təcrübəsində bu hesablama aləti yığışdırılmalı, dövlətlər arasında ticarətdə milli valyutalardan istifadə edilməlidir.
Rusiya da dəfələrlə dünya valyutası kimi dollardan imtina etmək zərurətindən danışıb. ŞƏT sammitində prezident Vladimir Putin bildirib ki, Rusiya ilə Çin arasında ticarət əməliyyatlarının 80%-dən çoxu rubl və yuanla həyata keçirilir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 15 iyun 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır.