ABŞ-nin Məxfi Xidməti Ağ Evdə tapılan şübhəli maddəni araşdırır
4 İyul 2023 16:37 DünyaABŞ-nin Məxfi Xidməti Ağ Evdə tapılan və ilkin araşdırma zamanı kokain olduğundan şübhə edilən maddəni ətraflı tədqiq olunması üçün laboratoriyaya göndərib.
Olaylar.az trend-ə istinadən bildirir ki, iyulun 2-də Ağ Evdə tapılan şübhəli maddənin ilkin araşdırma zamanı kokain olduğu nəticəsi əldə edilsə də, bununla bağlı hələ ki rəsmi açıqlama verilməyib.
Hadisə ilə əlaqədar olaraq Ağ Evdə təhlükəsizlik tədbirləri görülüb və içəridəkilər qısa müddətlik təxliyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31