Mənzilinə 532 miqrantı qeydiyyata saldı, barəsində cinayət işi açıldı
4 İyul 2023 16:43 DünyaRusiyanın Kaluqa vilayətinin sakini barəsində mənzilində 500-dən çox miqrantı qeydiyyata aldığı üçün cinayət işi açılb.
Olaylar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsi cinayət işini məhkəməyə göndərib.Məlumata görə 2022-ci ilin aprel-oktyabr aylarında bir rusiyalı qadın iki Orta Asiya respublikasından olan 532 əcnəbini Obninsk şəhərində çoxmərtəbəli binada qeydiyyatdan keçirib. Hər miqrasiya qeydiyyatı üçün o, min rubl (12 dollar) alıb. Araşdırma zamanı məlum olub ki, qeydiyyata düşən miqrantlardan heç biri həmin mənzildə yaşamayıb.
Qeyd edək ki, Rusiyada belə hallara tez-tez rast gəlinir. 2022-ci ilin oktyabrında Sankt-Peterburqda 810 əcnəbini qeydiyyatı salan mənzil sahibi aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31