Təl-Əvivdə terror hücumu, hücumçu güllələnib- ÖZƏL
4 İyul 2023 15:59 DünyaTəl-Əvivdə terrorçu maşınla izdihamın üzərinə gedib.
Olaylar.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərində bir nəfər avtomobili insanların üzərinə sürüb. Bu barədə "Jerusalem Post" məlumat yayıb.
Hücum Pinkhas Rosen küçəsində baş verib. Ən azı beş nəfər yaralanıb. Qəzetin məlumatına görə, terrorçu maşınla camaatın arasına girib, daha sonra bir nəfərin boynuna bıçaq zərbəsi endirib. Onun sözlərinə görə, hücum edən şəxs hadisə yerində olan mülki şəxs tərəfindən güllələnib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin həkimləri gəlib, zərərçəkənlərə yardım göstərilib.
Hadisə nəticəsində 46 yaşlı qadının vəziyyəti ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31