Azərbaycan xilasediciləri 3-ü uşaq olmaqla 16 nəfəri xilas edib- ÖZƏL
8 Fevral 2023 10:30 DünyaOlaylar.az xəbər verir ki, Azərbaycan xilasediciləri Kahramanmaraşda dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri xilas edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada bildirilib ki, nazirliyə tabe olan qruplar Kahramanmaraşda dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirir. Açıqlamada qrupların dağıntılar altında qalan 3-ü uşaq olmaqla 16 nəfəri xilas etdiyi, 29 nəfərin cəsədinin tapıldığı bildirilib. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə Azərbaycanın 400-dən çox əməkdaşı cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31