Bu qış Avropada ölüm sayı dəfələrlə çox olacaq - ÖZƏL

Olaylar.Az xəbər verir ki, elektrik enerjisinin qiymətinin artması, pis hava şəraiti və epidemiyalar gələn qış Avropada ölüm hallarının artmasına təsir edəcək.

Bu barədə The Economist yazır.

Nəşrin materialına görə, dekabr-fevral aylarında Avropa ölkələrində həftəlik ölüm yay ayları ilə müqayisədə 21 faiz artır. İndi bu rəqəmə enerji qiymətlərinin yüksəlməsi əhəmiyyətli dərəcədə təsir edəcəyinə görə, qışın soyuq keçəcəyi təqdirdə ölüm nisbəti tarixi orta göstəricini 32 min nəfər keçə bilər. Daha soyuq qış 335.000 əlavə ölümlə nəticələnə bilər.
 Ölüm hallarına ən güclü təsiri temperatur rejimi və mövsümi qrip göstərəcək.
Nəşrin müəllifləri həmçinin elektrik enerjisinin qiymətinin 10% artmasının ölüm hallarını 0,6% artırdığı, hava nə qədər soyuq olsa, bu amilin təsirinin bir o qədər güclü olacağı məlumatlarına istinad edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31