Nə qədər tez öləcəyimiz gözlərimizdən AYDIN OLACAQ
9 Oktyabr 2022 17:58 Dünya"British Journal of Ophthalmology" jurnalında dərc edilən araşdırmada elm adamları ürək probleminin ilkin əlamətlərini aşkarlaya bilən süni intellekt proqramı hazırlayıblar.
Olaylar.az Lent.az-a istinadən xəbər verir ki, sözügedən proqramın ürəyin sağlamlığı ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyi gözün arxasındakı kiçik arteriya və venaların qalınlığını ölçməklə işlədiyi bildirilib.
Jurnalın yaydığı məlumata əsasən, 88 min britaniyalının iştirak etdiyi araşdırmada infarkt və insultların 54 faizinin, ürək xəstəliklərindən ölümlərin isə 58 faizinin proqnozlaşdırıla biləcək.
Qeyd edək ki, həkimlər bu testin müntəzəm göz müayinələri zamanı ürəyin sağlamlığını yoxlamaq üçün istifadə oluna biləcəyini deyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31