Şimal qonşumuzda son sutkada 47.958 yoluxma

Olaylar.az xəbər verir ki, Rusiyada son sutka ərzində 47 958 koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə operativ qərargah məlumat yayıb .

Son sutka ərzində 94 nəfər COVID-19 qurbanı olub, 4086 nəfər xəstəxanaya yerləşdirilib, 52611 nəfər müalicə olunaraq sağalıb.

Son 24 saat ərzində yoluxma sayına görə liderlər Moskva (8400), Sankt-Peterburq (3172), Moskva vilayəti (1497) olub. Ən az yoluxma halı Nenets Muxtar Dairəsində (12) və Çukotka Muxtar Dairəsində (21) aşkar edilib.

Ümumilikdə, Rusiyada pandemiyanın başlanğıcından indiyədək 19 milyon 857 min 571 nəfər koronavirusa yoluxma halı qeydə alınıb. Bütün dövr ərzində 384 976 nəfər ölüb, 18 876 316 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31