Estoniya hakimiyyəti Rusiya firmalarına sanksiya qoydu!

"Bu həftə "Dövlət satınalmaları haqqında" qanunda Avropa İttifaqının Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı dəyişikliklər qüvvəyə minib. Rusiya ilə əlaqəli sahibkarların bizim dövlət satınalmalarımızda iştirakına icazə verilmir", - deyə dövlət idarəçiliyi naziri Riina Solman bildirib.

"İnterfaks" xəbər verir ki, Estoniya hakimiyyəti oktyabrın 10-dək Rusiya firmaları ilə bütün dövlət satınalmalarını dayandırmağı əmr edib.
Rəsmi şəxsin sözlərinə görə,  Rusiya müəssisələri və hüquqi şəxsləri ilə bağlanan dövlət satınalma müqavilələrinin  icrası qadağan ediləcək. "Biz başa düşürük ki, artıq bağlanan təchizat müqavilələrindən imtina müştərini çətin vəziyyətə sala bilər. Bunun qarşısını almaq üçün keçid dövrü qalıb. Əgər artıq bağlanan saziş aprelin 9-da müəyyən edilən  sanksiyaları pozarsa, və oktyabrın 10-dək qüvvədə olarsa, o, icra oluna bilər. Oktyabrın 10-dan sonra başa çatan müqavilələr ən geci həmin tarixə qədər ləğv edilməlidir", - deyə Solman əlavə edib.
Bundan əvvəl Estoniyanın baş naziri Kallas ölkəsi, Latviya və Finlandiya tərəfindən ruslara Aİ vizalarının verilməsini "yük" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31