"“Şarl Mişel gərginliyin azaldılması üşün son günlər hər iki tərəflə sıx əlaqədə olub” - Aİ-nın rəsmi nümayəndəsi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə sıx təmasdadır.

Olaylar.az bildirir ki, bu barədə "Euronews" Aİ-nın rəsmi nümayəndəsinə istinadən bildirib.

Şarl Mişel artıq Ermənistanın Baş naziri Paşinyanla söhbət edib. Yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyevlə danışacağı gözlənilir.

"Şarl Mişelin komandası və xüsusi nümayəndə Toyvo Klaar gərginliyin azaldılması üşün son günlər hər iki tərəflə sıx əlaqədə olub"-deyə məmur vurğulayıb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31