Putin Zelenski ilə niyə görüşmək istəmədiyini açıqladı

Rusiya prezidenti Vladimir Putin rusların Kiyevdən Ukrayna ilə danışıqlara şərait yaratmaq üçün geri çəkildiyini bildirib.

Olaylar.az  xəbər verir ki, Putin həmçinin Ukraynanı İstanbul razılaşmalarına əməl etməməkdə günahlandırıb. O bildirib ki, Kiyev öhdəliklərə sadiq qalmaq istəmədiyi üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.

"Danışıqlar üçün şəraiti yaratmaq üçün qoşunlarımız Ukraynanın mərkəzindən, Kiyevdən geri çəkildi. Kiyev hakimiyyəti bu razılaşmaları yerinə yetirməkdən imtina etdi. Baxmayaraq ki, onlar praktiki olaraq əldə edilmişdi. Deməli, yekun nəticə vasitəçilərdən deyil, müqavilə bağlayan tərəflərin əldə edilmiş razılaşmaları yerinə yetirmək istəyindən asılıdır. Biz bu gün görürük ki, Kiyev hakimiyyətinin belə bir istəyi yoxdur", - Putin deyib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31