Finlandiya və İsveçin NATO-a üzvlüyünü bu ölkə təsdiq etdi
6 İyul 2022 11:00 DünyaKanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları təsdiq edən ilk NATO ölkəsi olub.Olaylar.az bildirir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun yaydığı bəyanatında deyilib."Bu gün [iyulun 5-də] Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını təsdiq edən ilk ölkə oldu. Bu, iki ölkəni [alyansa] tam üzvlüyə yaxınlaşdırır", - deyə baş nazir bildirib.C.Trüdo iki ölkənin "tez və effektiv şəkildə NATO-ya inteqrasiya edə biləcəyinə" əminliyini ifadə edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31