“Limanlar açılmasa, Avropanı “miqrant sunamisi” gözləyir”- Zelenski xəbərdarlıq etdi
1 İyul 2022 13:15 Dünya"Ukrayna taxıl ixracı üçün limanları aça bilməsə, Avropa "miqrant sunamisi" ilə əhatə oluna bilər".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin bloku dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsində miqrant sunamisi olacaq", - Zelenski bildirib.
O qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropada milyonlarla insanı girov saxlayır.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31