“Ukraynaya görə istefa verməyə hazıram”- Boris Conson

"Hökumət üzvləri əhəmiyyətli iqtisadi xərclərə görə Ukraynaya dəstəyi dayandırmağa qərar verərsə, istefa verməyə hazıram".

Bunu Britaniyanın baş naziri Boris Conson deyib.

"Ukraynalıların qəhrəmancasına azadlıq mübarizəsinə dəstək vermənin dəyəri inflyasiya və Britaniya iqtisadiyyatına vurduğu ziyan baxımından çox yüksək olduğundan Ukraynaya dəstəyi dayandırmaq faktı ilə üzləşsəm, vəzifədən gedərəm. Lakin mən bunu görmürəm", - Conson qeyd edib.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31