Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

Olaylar.az bildirir ki, bundan əvvəl yerli KİV Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, səfir "Twitter" hesabındakı paylaşımlara görə idarəyə çağırılıb.

Həmçinin bildirilir ki, səfir öz növbəsində Parisin diqqətini Rusiyanın Fransadakı xarici nümayəndəliklərinə qarşı həyata keçirilən və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına gətirib çıxaran təxribatlara cəlb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31