“Rusiya Ukraynada 14 şəhərin merini əsir götürüb”
25 Mart 2022 21:26 Dünya"Rusiya hərbçiləri Ukraynanın 14 şəhərinin merini əsir götürüb".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərin yalnız paritet şərtlər əsasında mübadilə edilməsini istəyir:
"Rusiya sərhədçilərin sərhədçilər, dənizçilərin dənizçilər ilə mübadilə edilməsini istəyir və mən burada belə bir sual vermək istəyirəm: artıq Rusiya tərəfində əsirlikdə olan 14 şəhər merini kim ilə dəyişdirəcəyik? Hələ ki, bu məsələni beynəlxalq səviyyədə həll edirik".
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31