Duma sədri Jirinovskinin öldüyünü yazan deputatı istefa verməyə çağırıb

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölümünü elan edən deputat Aleksandr Pronyuşkinə istefa verməyi tovsiyə edib."Yalan məlumatların yayılmasında iştirak edən senatora istefa verməyi məsləhət görürəm", - Volodin "Telegram" kanalında yazıb.Mediaya müraciət edən spiker deyib: "Yalan məlumatları silməyiniz və Vladimir Volfoviçə tezliklə sağalmasını arzu etməyiniz doğru hərəkətdir".

34 yaşlı Pronyuşkin Federasiya Şurasında Vladimir vilayətini təmsil edir. 2012-ci ildən LDPR-nin üzvü, 2016-cı ilin sentyabrından 2017-ci ilə qədər koordinatorun müavini olub. Daha sonra LDPR-nin Vladimir vilayətindəki bölmələrindən birinə rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31