Ərdoğan müharibənin dayandırılması üçün Putinə çağırış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna həmkarları ilə telefonla danışacaq.

Olaylar.az xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında deyib.

"İndi bu gün Zelenski ilə telefon danışığım olacaq. Yəqin ki, həftə sonu və ya gələn həftənin əvvəlində Putinlə yenidən danışa bilərəm",- deyə o bildirib.

O əlavə edib ki, Rusiya Prezidentinə müharibənin dayandırılması üçün çağırış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31