“Mən Çini təhdid etməmişəm” - ABŞ prezidenti

"Çin başa düşür ki, onun iqtisadi gələcəyi Rusiyadan daha çox Qərblə bağlıdır".

Olaylar.az bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden bu gün keçirdiyi mətbuat konfransında deyib: "Məncə, Çin başa düşür ki, onun iqtisadi gələcəyi Rusiya ilə müqayisədə daha çox Qərblə bağlıdır. Ona görə də ümid edirəm ki, o, müdaxilə etməyəcək", - Bayden Brüsseldə keçirilən mətbuat konfransında Pekinin hadisələrdə rolunu şərh edərkən deyib.

Bayden Çin lideri Si Szinpinlə son video danışığının məzmununu da qismən açıqlayıb. Baydenin sözlərinə görə, o, Çin liderini təhdid etməyib. Amma Ukrayna hadisələrində Rusiyaya dəstək veriləcəyi təqdirdə hansı nəticələrə gətirib çıxaracağını aydın şəkildə izah edib.

Mətbuat konfransı Ağ Evin saytından canlı yayımlanıb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31