"Ukraynanı görüşə dəvət etməliyik" - Bayden
24 Mart 2022 22:44 DünyaABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən xaric edilməsinin tərəfdarı olduğunu deyib.
Olaylar.az bildirir ki, bu barədə C.Bayden Brüsseldə keçirilən mətbuat konfransı zamanı bildirib.
"Bəli. Bununla belə, qərar G20-nin özündən asılıdır", - deyə C.Bayden Ukraynada baş verən hadisələr fonunda Rusiya Federasiyasının G20-dən xaric edilməsi ideyasını dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavabında deyib.
"Əgər bunu etmək mümkün olmasa, o zaman biz Ukraynanı görüşə dəvət etməliyik", - deyə ABŞ Prezidenti bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31