"Bioloji və nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq verəcəyik" - NATO
24 Mart 2022 20:53 DünyaNATO Ukraynaya bioloji, kimyəvi, nüvə təhlükələrindən qorunmaq üçün avadanlıq verəcək, həmçinin kibertəhlükəsizlik sahəsində dəstək verəcək.
Olaylar.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.
"Bu gün biz Ukrayna üçün daha çox iş görməyə, o cümlədən kibertəhlükəsizliyə dəstək verməyə, həmçinin Ukraynaya özünü bioloji, kimyəvi, radioloji və nüvə təhlükələrindən müdafiə etməsi üçün avadanlıqların verilməsi üzrə razılaşdıq", - deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO ölkələri Ukraynaya daha çox hərbi texnika verməyə və əlavə humanitar yardım etməyə razılaşıblar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31