Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında görüş olub

NATO Liderlər Zirvəsində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsselə səfəri çərçivəsində ikitərəfli təmaslarını davam etdirir.

Dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, NATO-nun qərargahında mətbuata qapalı keçirilən görüş 50 dəqiqə davam edib.

Ərdoğan, həmçinin İtaliyanın baş naziri Mario Draqi ilə də görüşüb.

Hər iki görüş zamanı ikitərəfli münasibətlər və Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31