"GİF" formatının yaradıcısı vəfat etdi

"Graphics Interchange Format" (GIF) qrafik rəqəmsal şəkillərinin yaradıcısı Stiven Uilhayt ABŞ-da 74 yaşında vəfat edib.

Olaylar.az bildirir ki, bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən S.Uilhayt martın 14-də ailəsinin əhatəsində koronavirus infeksiyasının törətdiyi fəsadlardan dünyasını dəyişib. Faktı onun həyat yoldaşı Katalin təsdiqləyib.

"GIF" formatı S.Uilhaytın 1987-ci ildə CompuServe şirkətində çalışdığı vaxtda hazırlanıb.

2013-cü ildə S.Uilhayt İnternetin inkişafına verdiyi töhfəyə görə "Webby" mükafatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31