Çin Solomon adaları ilə təhlükəsizlik sazişi imzalayacaq - İDDİA
24 Mart 2022 19:11 DünyaÇin və Solomon adaları arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi layihəsi imzalanacaq.
Olaylar.az xəbər verir ki, "Sydney Morning Herald" qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilə layihəsi olduğu iddia edilən sənəd Solomon adaları müxalifəti tərəfindən internetdə yayımlanıb.
Sənəddə bildirilir ki, hökumətin icazəsi ilə Çin döyüş gəmiləri Solomon adaları limanlarında lövbər sala, qısa müddət gözləyə, logistik tədarük və tranzit edə bilər.
Sənəddə həmçinin qeyd olunur ki, Solomon adaları sosial asayişi, insan həyatını və əmlakını qorumaq üçün Çindən polis, zirehli polis, hərbi qulluqçu və digər məsələlərdən qoruyucu və hərbi qüvvə tələb edə bilər.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31