Şoyqunun harada olduğu üzə çıxdı - AÇIQLAMA

"Müdafiə naziri Sergey Şoyqunun indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir".

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdur, bu, tamamilə başa düşüləndir", - o, Şoyqu ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, son günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun media qarşısına çıxmaması müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31