Brüsseldə Baydenin kortejinə butulka atdılar
24 Mart 2022 18:35 DünyaABŞ prezidenti Co Baydenin korteji Brüssel şəhərinin mərkəzindən keçərkən ona şüşə butulka atılıb.
Olaylar.az bildirir ki, bu barədə Belçikanın elektron nəşri "Sudinfo" xəbər verib.
Məlumatda deyilir ki, kişi sərxoş vəziyyətdə olub. Yayımlanan videoda görünür ki, o, kortejin keçdiyi marşrutdan xeyli aralıda dayanıb.
Brüssel polisinin sözçüsü İlse Van Dekier deyib ki, sərxoş şəxs həqiqətən də Amerika prezidentini müşayiət edən kortej istiqamətində uzaqdan şüşə qab atıb. "Biz onu dərhal saxladıq".
Kortejin marşrutu təhlükəsizlik qüvvələri tərəfindən ciddi şəkildə qorunur.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31